Avropa İttifaqında qaz anbarlarının doluluq səviyyəsi 62%-i ötüb

Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 62%-i ötüb.

Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatında bildirilir.

Məlumata görə, Avropada qaz anbarlarının doluluq səviyyəsi 62.12%-ə çatıb, bu da son beş ilin bu tarixə olan orta göstəricidən 17.67 faiz bənd çoxdur.

Qeyd olunub ki, hazırda anbarlarda olan qazın həcmi 68 mlrd. kubmetr təşkil edir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər