9 C
Baku
Thursday, December 12, 2024

TexnikaBank yeni sistemə keçid aldı

Azərbaycan bank sektorunda ilk olaraq, Texnikabank ASC-nin yeni və unikal hesab edilən TB24 adlı Məsafəli xidmətin internet-bankçılıq sistemi tam şəkildə müştərilərin ixtiyarına verilib.

“TB24” internet-bankçılıq sistemi müasir tələblərə cavab verərək, Azərbaycanda mövcud olmayan potensialı ilə seçilir. 24 saat iş prinsipi ilə fəaliyyət göstərən sistem 18 istiqamət üzrə 75 xidməti birləşdirməklə, demək olar ki, bütün bank əməliyyatlarını əhatə edir. Əlverişli tarifləri ilə seçilən xidmətlərdən hər bir müştəri faydalana bilər.

Beləliklə fiziki və hüquqi şəxslər banka gəlmədən istənilən zaman bank xidmətlərindən istifadə imkanını qazanır.

Bu gün istifadəyə verilmiş internet-bankçılıq sisteminə artıq ilk müştərilər qoşulub və bundan məmnunluğunu ifadə edirlər.

Əlavə olaraq qeyd edək ki, smartfonların artımını nəzərə alaraq, Texnikabank yaxın zaman ərzində iOS və Android platformaları üçün rahat idarəetmə ilə seçilən TB24 sistemi üçün mobil proqramını da istifadəyə verəcək.

Son xəbərlər
Digər xəbərlər