“Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi yeni qanunvericilik aktıdır.
Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında sözügedən sənədin müzakirəsində çıxışı zamanı dilə gətirib.
Onun sözlərinə görə, MDB ölkələrinin heç birində belə bir hüquqi sənəd yoxdur.
O deyib ki, 2008-ci ildə dünyada yaşanan və hələ də davam edən ağır maliyyə-iqtisadi böhranla əlaqədar onlarla aparıcı, inkişaf etmiş ölkə belə bir addıma gedib, bu yöndə müvafiq qanun qəbul edib:
“Ona görə biz də belə bir qanun layihəsinin hazırlanması və qəbul olunması yoluna üstünlük verdik.
Ümumiyyətlə, bu, müvəqqəti qanundur.
Daha doğrusu, bank sekrorunda müəyyən problemlər yaranarsa, dərhal bu qanun dövriyyəyə girəcək, bank sektorunda tam sabitlik yarandıqdan sonra isə ona ehtiyac qalmayacaq.
Onu da deyim ki, bu sənədin qəbulu ilə Azərbaycandakı bütün əmənətçilərin əmanətləti tam sığortalanacaq. Bu, çox ciddi, radikal addımdır, həm də dövlət başçısının xalqın maraqlarının təmin olunması baxımından atdığı bir addımdır.
Bununla Azərbaycandakı 6 milyon 600 min nəfər əmanətçinin hər birinin əmanəti tam sığortalanacaq”.
İqtisadiyyat və sənaye naziri Sahin Mustafayev isə bildirb ki, bu sənəd Azərbaycan insanın, Azərbaycan əmanətçilərinin hüquqlarının qorumasını nəzərdə tutan bir sənəddir:
“Bu, belə də qiymətləndirilməlidir. Bu, irəliyə doğru atılmış çox mühüm addımdır”.
***
“Dünən Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə çox dəyərli bir çıxış etdi və orada bir daha vurğulandı ki, dünyada günü-gündən dərinləşən qlobal maliyyə-iqtisadi böhrana və onun Azərbaycana bəzi təsirlərinə baxmayaraq, ölkəmiz davamlı, keyfiyyətli inkişaf yolundadır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı parlamentin komitə sədri Ziyad Səmədzadə dilə gətirib.
Onun sözlərinə görə, dünyada neftin qiymətinin 4 dəfədən çox ucuzlaşmasına baxmayaraq. Azərbaycan iqtisadiyyatı öz dinamikliyini qoruyub saxlaya bilib, həmçiinin, gəlirlərin azalması fonunda ölkədə sabitlik mövcuddur:
“Müşavirədə hökumətə bir daha tapşırıq verrildi ki, bu sabitliyin davamlı olması üçün də iqtisadi, antiböhran tədbirləri görülməli və davam etdirilməlidir. Bu gün iki komitənin birgə iclasının müzakirəsinə təqdim olunan 7 sənəd də məhz məhz bu sabitliyin davamlı olmasını təmin etmək üçün təqdim olunan sənədlərdir”.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə vurğulayıb ki, hələ də dövlat başçısının yanında keçirilən müşavirənən təəssüratı altındadır:
“Həmin müşavirədə dövlət başçısı tərəfindən bir daha ciddi tapşırıqlar verildi”.
E. Rüstəmovun qeyd etdiyinə görə, Azərbaycan eyni zamanda, dünya iqtisadiyyatından gələn “şoku”, impulsu nəzərə almalıdır.
“Bu “şoku”, impulsu nəzərə almamaq mümkün deyil. Ancaq bununla yanaşı, ölkədə istər bank sektorunun qorunması, istər bütövlükdə iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün ciddi işlər görülməlidir və görülür də. Sonuncu müşavirədə də bir daha bu istiqamətdə ciddi, əhəmiyyətli tapşırıqlar verildi”.
O, həmçinin Azərbaycanın bank sektorunda vəziyyətin qənaətbəxş olduğunu iddia edib.
“Hesab edirəm ki, bütün yaşananlara, problemlərə baxmayaraq, Azərbaycanın bank sektoru sabitliyini qoruya bilib.
Düzdür, bir-iki bankda problemlər yaşanıb, onların ödəmə qabiliyyəti zəif olub, amma bütün hallarda Azərbaycanın bank sektoru ayaqdadır”.
Qafqazinfo