Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ölkədə fəaliyyət göstərən 5-7 bank birləşə bilər.
E.Rüstəmovun sözlərinə görə, zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq.
Mərkəzi Bankın başçısı zəif bankların birləşməsinin beynəlxalq banklar üçün də əlverişli olduğunu deyib: “Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir”.