6 C
Baku
Friday, December 13, 2024

“Alphabet”in səhmləri dividend elanından sonra 13% artıb

“Alphabet”in səhmləri gəlir və mənfəətlə bağlı təxminləri üstələyən rüblük hesabatdan və hər səhm üçün 0.20 dollar dividend planının elanından sonra cümə axşamı 13% artıb. Şirkətin direktorlar şurası 70 milyard dollara qədər səhmlərin geri alınmasını təsdiqləyib.

Baş direktor Sundar Piçai bildirib ki, birinci rübün performansı axtarış xidməti, “YouTube” və bulud xidməti üçün güclü olub.

“Alphabet”in gəliri trafikin əldə edilməsi xərcləri istisna olmaqla, il ərzində 16% artaraq 67.59 milyard dollara çataraq 66.07 milyard dollarlıq gözləntiləri üstələyib və səhm üzrə düzəliş edilmiş mənfəət 1.53 dollarlıq konsensus təxminlərinə qarşı 1.89 dollar təşkil edib.

“Google”un rəhbərləri cümə axşamı vurğuladılar ki, şirkət süni intellekt mərkəzli texnologiya dünyasına keçid üçün yaxşı mövqeyə malikdir və reklam, bulud texnologiyası və abunələr vasitəsilə bu sahədə irəliləyişlərdən pul qazanmaq üçün perspektivlidir.

Son xəbərlər
Digər xəbərlər