6 C
Baku
Sunday, December 15, 2024

ABŞ Ukraynaya 6 milyard dollar məbləğində ən böyük hərbi yardım paketi ayırıb

Amerika Birləşmiş Ştatları Ukraynaya ən böyük hərbi yardım paketini ayırıb. Onun ümumi dəyəri 6 milyard dollardır.

Bu barədə “RBC-Ukraina” Pentaqon rəhbəri Lloyd Ostinin “Ramşteyn” formatında keçirilən görüşdən sonra verdiyi açıqlamaya istinadən xəbər yayıb.

“Ukraynaya yardım təşəbbüsünün bir hissəsi olaraq 6 milyard dolların ayrıldığını elan etməkdən məmnunam”, – o deyib.

Onun sözlərinə görə, bu, ABŞ-yə Amerika müəssisələrinin istehsal etdiyi silahları almağa imkan verəcək. Ostin əlavə edib ki, yardım paketi hələ də ən böyüyüdür.

“Bura NASAMS və “Patriot” sistemləri üçün kritik müdaxilə vasitələri daxildir. Daha çox dronlar və digər avadanlıqlar. Çoxlu sayda artilleriya sursatı və “yer-hava”raketləri. Bu yardım dayanıqlı əsaslara qoyulsun”, – məmur əlavə edib.

Son xəbərlər
Digər xəbərlər