10 C
Baku
Wednesday, December 11, 2024

“Azərkosmos”un ixrac gəlirləri 13% azalıb

2024-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 47 ölkəsinə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Banker.az xəbər verir ki, ötən ilin yanvar-mart aylarında “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” dünyanın 40 ölkəsinə 5,4 mln. dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac etmişdir ki, bu da illik müqayisədə 13% azalmadır.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib. 2024-cü ilin mart ayında isə “Azərkosmos” dünyanın 43 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2024-cü ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 966,8 min ABŞ dolları ilə Lüksemburq, 339,8 min ABŞ dolları ilə BƏƏ, 208,6 min ABŞ dolları ilə Pakistan və 197,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər