11 C
Baku
Monday, November 18, 2024

“Bakı Dəmir-Beton 8” şirkəti ötən il zərər edib

“Bakı Dəmir-Beton 8” ASC 2023-cü ili 161 min manat zərər ilə başa vurub.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Bakı Dəmir-Beton 8” ASC-nin ümumi gəlirləri 395 min manat, ümumi xərcləri 556 min manat təşkil edib. Malların təqdim edilməsindən gəliri 365 min manat, icarədən gəliri isə 30 min manat olub.

Qeyd edək ki, “Bakı Dəmir-Beton 8” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 959 664 manatdır və qanuni təmsilçisi Ənvər Nağıyevdir.

 

Son xəbərlər
Digər xəbərlər