9 C
Baku
Thursday, December 12, 2024

Qarabağda tikinti fəaliyyəti ilə məşğul olan sahibkarlara subsidiyaların həcmi 10%-ə qaldırılıb

İşğaldan azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri dövriyyə vəsaitlər üçün müvəkkil banklardan 2 ildən daha uzun müddətə kredit cəlb edə biləcəklər.

Bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.

Digər güzəşt isə subsidiyalar ilə bağlıdır: “İKZF sahibkarlıq subyektinin əvəzindən müvəkkil banka 8% bəndi həcmində subsidiya ödəmək səlahiyyətinə malikdir. Dəyişikliklərdən sonra bu kateqoriyaya aid olan sahibkarlarlıq subyektlərinə 10% bəndi həcmində subsidiya vermək imkanı olacaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər