“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) işçi sayı 2023-cü ilin əvvəli ilə müqayisədə artıb.
Banker.az bunu şirkətə istinadən xəbər verir.
Belə ki, 2024-cü ilin 1-ci rübünə qurumun işçi sayı 4 838 nəfər olub ki, bu da illik müqayisədə 413 nəfər və ya 9.3% artım deməkdir.
2023-cü ilk rübünün sonunda 4 425 nəfər, ötən ilin sonuna 4 872 nəfər idi. “Azərbaycan Dəmir Yolları” QSC-nin işçilərinin sayı 2023-cü ilin sonuna nisbətən 34 nəfər azalıb.