10 C
Baku
Thursday, December 12, 2024

Bir illik dövlət istiqrazlarının gəlirliliyi 8%-i aşıb

7 may 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0101060066 ISIN-li, 90 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 91.9525 (8.8%) manat və 92.8269 (7.7699%) manat olan 37 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.2910 (8.3989%) manat, orta ölçülmüş qiyməti isə 92.4582 (8.2019%) manat olaraq müəyyən edilmişdir.

Screenshot 2024 05 04 234255

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 107,425,000 manat, yerləşdirilmiş həcmi isə 79,712,200 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 06.05.2025-ci ildir.

Hərrac iştirakçıları 8 may 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər