Birinci rübün sonunda “BP”nin xalis mənfəəti 2.7 milyard dollar təşkil edib ki, bu, bir il əvvəllə müqayisədə 40% azdır və analitiklərin proqnozlarından aşağıdır. Azalma neft və qaz hasilatının artmasına baxmayaraq baş verib. Səbəblər arasında xammalın aşağı qiymətləri, həmçinin şirkətin İndiana (ABŞ) ştatındakı iri neft emalı zavodunun işində fasilələr olub.
EBITDA göstəricisi 10.3 milyard dollar, əməliyyat pul vəsaitlərinin hərəkəti 5 milyard dollar, adi səhm üzrə dividendlər isə 7.270 sent təşkil edib. Vəziyyəti nəzərə alaraq, “BP” rəhbərliyi ikinci rübdə hasilatın ilin əvvəli ilə müqayisədə bir qədər az olacağını bildirib. Bundan əlavə, rübün nəticələrini “möhkəm” adlandıran rəhbərlik 2026-cı ilə qədər xərclərin azaldılması səylərini əlavə olaraq 2 milyard dollar artırmaq qərarına gəlib.
Birinci rüb üçün planlaşdırılan səhmlərin geri alınması 1.75 milyard dollar səviyyəsində qalacaq və şirkət 2022-ci ilin fevralından etibarən “BP”nin Londondakı səhmlərini 3.5 milyard dollara geri almaq niyyətindədir.