Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı 0.6 faiz artıb.
Bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Qeyd olunub ki, 1 aprel 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2 min 780 nəfər və ya 0.6 faiz artaraq 469 min 061 nəfər olub.