12 C
Baku
Wednesday, December 11, 2024

Əlillik üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub

Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub.

Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin əməkdaşı Günay Hüseynova bu gün Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasına edilən dəyişikliyi şərh edərkən məlumat verib.

O bildirib ki, sözügedən dəyişikliyə əsasən, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə müalicə müddəti gözlənilmədən göndərişlərin rəsmiləşdirilməsinə əsas verən xəstəliklərin sayı artırılıb:

“Əvvəllər 5 istiqamət üzrə müalicə müddəti gözlənilmirdi. Bunlara əqli pozuntular, anatomik çatışmazlıqlar, dərmana davamlı vərəm formaları, 4-cü mərhələ onkoloji xəstəliklər və 5-ci mərhələ xroniki böyrək xəstəlikləri aid idi. Bu məqsədlə müalicə müddəti gözlənilməyən xəstəliklərin siyahısı artırlıb, təqribən 15 dəfə artırılaraq 5-dən 73-ə çatdırılıb. Bu hal vətəndaş məmnuniyyətini artıracaq”.

Onun sözlərinə görə, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi- sosial ekspertiza müayinəsinə müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən xəstəliklər sırasına ağciyər sarkodiozu, oynaq ankilozu, demensiya, autizm və bir çox hematoloji xəstəliklər və s. daxildir.

Müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin SİYAHISI:

Sıra

№-si

Xəstəlik, zədə və ya çatışmazlıq XBT-10

(kod)

Xüsusi şərt
1 2 3 4
1. Transplantasiya olunmuş ağciyərin olması Z94.2  
2. Ağciyərin qazanılma olmaması Z90.2 Bir ağciyərin olmaması
 

3.

 

Ağciyər sarkoidozu

 

D86.0

III dərəcə ağciyər

sarkoidozu, III dərəcə tənəffüs çatışmazlığı ilə

 

4.

 

Vərəm

 

A15

Multirezistent və ya çox- saylı dərmanlara davamlı vərəm
5. Süni ürək ritmi aparıcısının olması Z95.0  
6. Transplantasiya olunmuş ürəyin olması Z94.1  
7. Transplantasiya olunmuş ürək və ağciyərin olması Z94.3  
 

8.

Yumşaq toxumalarda qalmış yad cisim  

M79.5

Miokardda və beyin maddəsində yad cismin

olması

9. Ağciyər-ürək çatışmaz- lığının digər formaları I27 Ağciyər hipertenziyası funksional sinif IV
10. İleostomanın olması Z93.2  
11. Kolostomanın olması Z93.3  
 

12.

Qaraciyərin fibrozu və sirrozu  

K74

Dekompensasiya olunan qaraciyər sirrozu-F4 mər- hələ, assit
13. Transplantasiya olunmuş qaraciyərin olması Z94.4  
14. Xroniki böyrək xəstəliyi N18.4, N18.5  

 

1 2 3 4
 

15.

Böyrəyin qazanılma olmaması  

Z90.5

Yeganə tək böyrəkdə xro-

niki böyrək çatışmazlığı II mərhələdən başlayaraq

16. Transplantasiya olunmuş böyrəyin olması Z94.0  
17. Sistostomanın olması Z93.5  
18. Sidik traktının süni dəliyinin olması Z93.6  
19. Sidik-cinsiyyət implantla- rının olması Z96.0  
20. Talassemiya D56  
21. Orağabənzər hüceyrə pozuntuları D57  
22. Digər irsi hemolitik anemiyalar D58  
 

23.

Digər köçürülmüş orqanın və ya toxumanın olması (sümük iliyinin və kötük

hüceyrələrin köçürülməsi)

 

Z94.8

 
24. VIII amilin irsi defisiti D66  
25. IX amilin irsi çatışmazlığı D67  
 

26.

Laxtalanmanın digər pozuntuları D68.0-

D68.2, D68.5

 
27. Trombositlərin keyfiyyət qüsurları D69.1  
28. İnsan immunçatışmazlığı virusu B20- B24 II mərhələdən başlayaraq
29. İrsi eritropoetik porfiriya E80.0  
 

30.

Mərkəzi sinir sisteminin

miеlinsizləşmə ilə gеdən xəstəlikləri

G35- G37  
31. Serebral iflic G80 Serebral iflicin ağır formaları
32. Spinal əzələ atrofiyası və oxşar sindromlar G12  
33. Uşaq autizmi F84.0  
34. Atipik autizm F84.1  
35. Retta sindromu F84.2  
36. Asperger sindromu F84.5  

 

       
1 2 3 4
37. Əqli gerilik F70- F73  
38. Alsheymer xəstəliyi zamanı demensiya F00*  
39. Damar demensiyası F01  
 

40.

Başqa rubrikalarda təsnif edilən digər xəstəliklər

zamanı demensiya

 

F02*

 
41. Dəqiqləşdirilməmiş demen- siya F03  
42. Transplantasiya olunmuş buynuz qişaların olması Z94.7  
 

43.

Görmə sahəsinin daralması

(periferik, fiksasiya nöqtəsindən radius boyu)

H00- H24  
 

44.

Görmə sahəsinin daralması (periferik, fiksasiya nöqtəsin- dən radius boyu) H29- H59  
45. Baş və ya boynun bir hissə- sinin qazanılma olmaması Z90.0 Gözün qazanılma olma- ması
46. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri H60- H95  
47. Traxeostomanın olması Z93.0  
48. Akromeqaliya və hipofizar qiqantizm E22.0  
49. Hipopituitarizm E23.0  
 

50.

Cüzidən mülayim dərəcəyə qədər statodinamik funksi- yaların pozulması ilə endoprotezlər  

Z96.6

 
51. Oynağın ankilozu M24.6  
52. Kifoz və lordoz M40 III-IV mərhələ
53. Skolioz M41 III-IV mərhələ
54. Koksartroz (bud-çanaq oynağının artrozu) M16  
 

55.

 

Bədxassəli yenitörəmələr

 

C00- C97

I və II mərhələ olduğu halda spesifik müalicədən sonra

 

1 2 3 4
 

56.

Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deforma-

siyalar və xromosom pozuntuları

 

Q00- Q99

 

Əlilliyə əsas verdiyi halda

57. Arteriyalar, arteriolalar və kapilyarların xəstəlikləri I70-I74  

 

 

 

Amputasiya olduğu halda

 

58.

Digər rubrikalarda təsnif olu- nan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya  

I79.2*

59. Şəkərli diabet E10-E14
60. Toxumaların nekrozlaşan donvurması T34.4- T34.8
61. Aşağı ətrafın dəqiqləşdiril- məmiş donvurması T35.5
62. Kəllənin və üz sümüklərinin sınığı S02 Kəllə sümüyünün plas- tikası olduğu halda
63. Yuxarı ətraf qurşağı və bazu- nun travmatik amputasiyası S48  
64. Saidin travmatik amputasi- yası S58  
65. Bilək və əlin travmatik amputasiyası S68  
 

66.

Bud-çanaq oynağı və bud nahiyəsinin travmatik amputasiyası  

S78

 
67. Baldırın travmatik amputa- siyası S88  
 

68.

Aşıq-baldır oynağı və ayaq səviyyəsində travmatik

amputasiya

 

S98

 
 

69.

Bədənin bir neçə nahiyələ- rini əhatə edən travmatik

amputasiyalar

T05.0- T05.6  
 

70.

Yuxarı ətrafın əzilməsinin

və travmatik amputasiyanın nəticələri

 

T92.6

 
 

71.

Aşağı ətrafın əzilməsinin və travmatik amputasiyasının nəticələri  

T93.6

 
72. Ətrafın qazanılma olmaması Z89  
73. Şəkərli diabet E10 18 yaşadək şəxslərdə

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər