Azərbaycanın maliyyə sektoru texnoloji həllərin, machine learing (ML) və blokceyn texnologiyalarının tətbiqi, eləcə də mövcud risk idarəetmə sistemlərinə inteqrasiyası ilə yaxın gələcəkdə (3-4 ildə) insan müdaxiləsi olmadan işləyən bankçılıq və ödəniş sistemlərinə sahib olacaq.
Bunu Maliyyə Monitorinq Xidmətinin nəzarət və hüquq-mühafizə orqanları ilə iş üzrə departamentinin direktoru Nurlan Babayev Bakıda keçirilən Fintex Sammitində deyib.
Onun sözlərinə görə, eyni zamanda bu bankçılıqda ənənəvi bankçılıqla müqayisədə risklər kifayət qədər aşağı olacaq:
“Bununla da maliyyə sektorunun bütövlüyü və təhlükəsizliyi də qorunacaq. Təxmini arzu etdiyim sistem budur. Tənzimləyicilər olaraq da bunun fərqindəyik. Hesab edirik ki, istər elektron pul, istərsə də ödəniş təşkilatları risklərin ölçülməsində maraqlı olmalıdır”.