Azərbaycan bu il xaricə iribuynuzlu heyvan gönündən aşılanmış dəri ixracını kəskin artırıb.
Banker.az xəbər verir ki, bu barədə rəsmi statistik rəqəmlərdə bildirilir.
Belə ki, 2024-cü ilin birinci rübündə 101.44 min ədəd və ya 2 milyon 725.6 min dollarlıq dəri ixrac edilib. Bu da illik müqayisədə 2 dəfədən çox artımdır. 2023-cü ilin eyni dövründə cəmi 38.8 min ədəd və ya 996.7 min dollarlıq dəri ixrac edilmişdi.
İxracda yenə də ən böyük pay (91%) Türkiyəyə düşür. Öncəki ildə yalnız Türkiyə Azərbaycandan dəri idxalı etmişdi.
Ölkə | Miq., min əd. | Dəy, min $ |
Türkiyə | 90.47 | 2492.05 |
Hindistan | 7.37 | 125.9 |
İran | 3.6 | 107.62 |