Rusiya Tatarıstanda yerləşən Alabuqa Azad İqtisadi Zonasında yeni pilotsuz uçuş aparatı (PUA) zavodu tikir.
Bu barədə Türkiyənin “SavunmaSanayiST” portalı məlumat yayıb.
Saytın məlumatına görə, zavodda ildə 5 mindən çox “Shahed-136” tipli kamikadze PUA istehsalı planlaşdırılır.
Qeyd edilib ki, hazırda İran istehsalı olan “Shahed-136” Rusiya tərəfindən Ukrayna ilə müharibədə aktiv şəkildə istifadə olunur.