14 C
Baku
Saturday, October 5, 2024

Mərkəzi Bankın valyuta ehtiyatları son ayda $53 mln. artıb, bu, ilin ən böyük aylıq artımıdır

Mərkəzi Bankın xarici valyuta ehtiyatları son ayda 53 mln. dollar artıb və bu, 2024-cü ildə ən böyük aylıq artımdır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xarici valyuta ehtiyatları 31 may 2024-cü il tarixinə 11 milyard 713.7 mln. dollar təşkil edib.

Son bir ildə isə AMB-nin xarici valyuta ehtiyatları 2 mlrd. 538 mln. dollar və ya 27.6% artıb.

Mərkəzi Bank açıqlamalarında bildirib ki, AMB-nin valyuta bazarına müdaxiləsi alışyönlü olub.


Son xəbərlər
Digər xəbərlər