13 C
Baku
Friday, November 22, 2024

Avropada təbii qazın qiyməti 2023-cü ilin dekabrından bəri ən yüksək həddə çatıb

Hollandiyadakı TTF qovşağında iyul fyuçerslərinin qiyməti 12,79% artaraq 1 MVt/saat üçün 38.6 avroya və ya min kubmetr üçün 439 dollara çatıb. Bu, 2023-cü il dekabrın 8-dən bəri ən yüksək göstərici olub.

Bakı vaxtı ilə saat 14:26-ya olan məlumata görə, artım 12.01%-ə qədər azalıb və qiymət 1 MVt/saat üçün 38.33 avroya və ya min kubmetr üçün 436 dollara düşüb.

Bloomberg yazır ki, Nyhamna qaz zavodunun bağlanması səbəbindən Norveçdən tədarükün kəskin azalmasından sonra Avropada qaz qiymətləri keçən ilin dekabrından bəri ən yüksək həddə çatıb.

Rusiyanın əksər boru kəmərlərinin tədarükü dayandırıldıqdan sonra Norveç Avropanın əsas qaz tədarükçüsünə çevrilib.

Son xəbərlər
Digər xəbərlər