Yaxın vaxtlarda Ermənistan vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza prosedurları sadələşdirilə bilər.
Bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
O bildirib ki, ölkəsi ilə ittifaq arasında hüquqi razılaşmaların əhatə dairəsi genişlənir:
“Bu məsələdə xüsusi diqqət məhz viza prosedurlarının liberallaşdırılmasına yönəlib. Hesab edirəm ki, yaxın vaxtlarda bu istiqamətdə müsbət irəliləyiş olacaq”.