13 C
Baku
Saturday, November 23, 2024

Nazir: “Son 3 il ərzində Azərbaycan qaz təchizatını 40%-dən çox artırıb”

Azərbaycanın Avropaya təbii qaz ixracının həcminin artırılması ilə bağlı danışıqlar bir qədər uğurlu getmir.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün keçirilən Bakı Enerji Forumunun I günündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son 3 il ərzində Azərbaycan qaz təchizatını 40%-dən çox artırıb: “Ancaq bizim gözləntimiz daha çox idi. Burada uzunmüddətli müqavilələrin bağlanmasında böyük ehtiyac var”.

Nazir qeyd edib ki, Avropa İttifaqının Azərbaycanla bu məsələdə daha çox əməkdaşlığa və tərəfdaşlığa ehtiyacı var.

P. Şahbazov onu da əlavə edib ki, hazırda Azərbaycanla Avropa arasında “yaşıl” enerji sahəsində çalışmalar aparılır: “İnanırıq ki, bu istiqamətdə danışıqlar uğurlu olacaq. Gələcəkdə “yaşıl enerji”nin nəqlində daha uğurlu olacaq. Burada olduqca böyük potensial var”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər