“S&P Global Ratings” 2024-2027-ci illər üzrə Azərbaycanın iqtisadi artım proqnozunu müəyyən edib.
2024-cü il üzrə real ümumdaxili məhsulda (ÜDM) artım proqnozu 1,5%-dən 2.5%-ə yüksəldilib.
S&P 2025-ci ildə ölkədə iqtisadi artımı 2%, ötən il açıqladığı 2026-2027-ci illərdə isə 1,5% proqnozlaşıdırıb.
Reytinq agentliyi həmçinin, 2024-cü il üzrə Azərbaycanda nominal ÜDM-in 76.08 milyard, 2025-ci üzrə 77 milyard, 2026-cı il üzrə 79 milyard, 2027-ci il üzrə isə 82 milyard ABŞ dolları həcmində proqnozlaşdırıb.