7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda müxtəlif mallarla bağlı hazırlanan 44 milli texniki reqlamentin əhatə dairəsi açıqlanıb

Azərbaycanda müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair hazırlanan 44 milli texniki reqlament ilk növbədə əhalinin ən çox istehlak etdiyi yuyucu vasitələrini, yanacaq və yüngül sənaye məhsullarını, tütün məmulatlarını, uyaq oyuncaqlarını, uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş məhsulları, mebel məhsullarını və digər prioritet qeyri-qida sənaye mallarını əhatə edəcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini, Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair İşçi Qrupun rəhbəri İlqar Həsənov bildirib.

O, bu barədə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə yaradılan İşçi Qrupun növbəti iclasında danışıb.

Xatırladaq ki, bugünki iclasda Dövlət Xidməti və aidiyyəti dövlət orqanların Tədbirlər Planında nəzərdə tutulan tapşırıqlar, o cümlədən cari ildə hazırlanması nəzərdə tutulan 44 milli texniki reqlament layihəsi üzrə görülən işləri müzakirə etməsi nəzərdə tutulur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər