Banker.azın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ölkədə pul kütləsi 1 ayda 1.1 mlrd. manat azalaraq 5.8 mlrd. manata düşmüşdür. Məlumat üçün bildirək ki, bu göstərici keçən ay 6.9 mlrd. manata bərabər idi.
Ekspert Samir Əliyev bununla bağlı fikirləri ilə bölüşmüşdür:
[su_quote]Yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatı 618,2 milyon dollar azalaraq 4,4 milyard dollara düşüb. Mərkəzi Bankın ehtiyatı 2008-ci ilin mayından sonra ən aşağı səviyyəyə düşüb. Bankın ehtiyatını müəyyən qədər Neft Fondu qoruyub. Fond ötən ay təxminən 600 milyon dollara yaxın satış həyata keçirib. Ümumilikdə 1,2 milyard dollardan çox satış olub. Son günlər banklar tərəfindən az dollar alınmasının səbəbini Mərkəzi
Bankın rəsmi statistikası təsdiq edib. Belə ki, yanvar ayında pul bazası birdən-birə 16% və ya 1,1 milyard manat azalıb. Pul bazasının səviyyəsi 2010-cu il həddinə düşüb. Mərkəzi
Bank pul bazasını məhdudlaşdırmaqla bankların dollara olan tələbatını süni şəkildə azaldır və beləcə manata süni nəfəs verir. Pul bazasının azaldılması həmçinin inflyasiyanın cilovlanması üçün bir vasitədir. Ancaq bu, ölkədə iqtisadi aktivliyi zəiflədir, sahibkarlığın inkişafı üçün maliyyə resurslarını məhdudlaşdırır.[/su_quote]
Banker.azın analitiklərinin fikrincə, bu proses təxminən yanvar ayından müşahidə etmək mümkün idi. Çünki bankların çoxunda manat qıtlığı olub. Səbəb isə, həm dövriyyədə olan manatın Mərkəzi Bank tərəfindən azaldılması, həmdə bankların əmanətçilərin pullarını qaytara bilməsi üçün likvid vəsaitin saxlanmasından ibarətdir. Dollar hərraclarında 4-5 bankın iştirakıda buna dolayı yolla buna istinad idi.