ABŞ-nin Federal Ehtiyat Sistemi 2024-cü ildə dördüncü dəfə uçot faiz dərəcəsinə dair qərar verib və iqtisadçıların konsesus proqnozuna uyğun olaraq faizləri sabit saxlayıb.
Banker.az xəbər verir ki, uçot faiz dərəcəsi 5.5%-də sabit saxlanılıb.
FED faizləri 2022-ci ildən artırmağa başlayıb və həmin dövrdə faizlər sıfıra yaxın idi. Faizlərin artırılmasında məqsəd inflyasiyanı cilovlamaq idi.
“Son məlumatlar iqtisadi fəallığın güclü artımını göstərir. Əmək bazarında artımı güclü olaraq qalıb və işsizlik aşağı səviyyədə qalıb. Ötən il ərzində inflyasiya aşağı düşsə də, yüksək olaraq qalır”.
Komitə inflyasiyanın davamlı olaraq 2%-ə doğru irəlilədiyinə daha çox inam yaranana qədər faiz dərəcəsini azaltmağın məqsədəuyğun olacağını gözləmir.
Komitə planlaşdırıldığı kimi öz balansını azaltmağa davam edəcək.