9 C
Baku
Thursday, December 12, 2024

“Johnson & Johnson” dünyanın ən bahalı əczaçılıq markası olub

Amerikanın “Johnson & Johnson” şirkəti “Brand Finance”in press-relizinə əsasən, altıncı ildir ki, dünyanın ən qiymətli əczaçılıq brendləri siyahısında birinci yeri tutub.

Son bir ildə “Johnson & Johnson” brendinin dəyəri 5% artaraq 13.4 milyard dollara çatıb. Keçən il şirkət “Band-Aid”, “Tylenol”, “Neutrogena” və “Clean & Clear” kimi istehlakçı sağlamlığı məhsulları biznesindən ayrılaraq “Kenvue” adlı ayrı bir şirkətə çevrilib.

Dünyanın ən qiymətli 25 əczaçılıq brendi arasında dörd Çin şirkəti var: “Sinopharm” (3.6 milyard dollar), “Guangzhou Pharmaceutical”, “Shanghai Pharmaceuticals” və “Yunnan Baiyao”.

Tibbi avadanlıq istehsalçıları arasında Almaniyanın “Fresenius” şirkəti əvvəlki üç ilin lideri “Medtronic”i keçərək marka dəyərini 6% artıraraq 7.7 milyard dollara çatdırıb. Səhiyyə xidməti təminatçıları arasında ən qiymətli brend yenə “UnitedHealth Group” (28% artaraq 47.6 milyard dollar təşkil edib) olub.

Son xəbərlər
Digər xəbərlər