15 C
Baku
Friday, September 20, 2024

BFB: “Yunayted Kredit Bank” və “Kapital Menecment İnvestisiya Şirkəti” səhmdarımız olaraq qalır

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yanvarın 25-də lisenziyası ləğv olunan “Yunayted Kredit Bank” ASC Bakı Fond Birjasının (BFB) səhmdarlarından biri olaraq qalır. Bu barədə məmbənin sorğusuna cavab olaraq BFB-dən bildirilib.

Bildirilib ki, “Yunayted Kredit Bank” hüquqi şəxs kimi ləğv edilmədiyindən (bank lisenziyasının dayandırılması hüquqi şəxsin ləğvi demək deyil) həmin qurumun mülkiyyətində olan səhmlər hal-hazırda özlərindədir.

Bundan başqa, AMB-nin İdarə Heyətinin fevralın 1-də verdiyi qərar ilə lisenziyası ləğv olunan “Texnikabank” ASC-nin törəmə müəssisəsi olan “Kapital Menecment İnvestisiya Şirkəti” də BFB-nin səhmdarları siyahısından çıxarılmayıb: “Kapital Menecment İnvestisiya Şirkəti” “Texnika Kapital” MMC-nin hüquqi varisidir və BFB-nin səhmləri hal-hazırda “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-yə məxsusdur. Hal-hazırda ASC-nin üzvlükdən çıxarılması məsələsi gündəlikdə deyil”.

 

APA-Economics

Son xəbərlər
Digər xəbərlər