10 C
Baku
Friday, December 13, 2024

“Bank of Azerbaijan”ın əmanətçilərinə 12 mln. manatdan artıq kompensasiya ödənilib

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.


Əmanətlərin Sığortalanması  Fondundan “APA-Economics”ə verilən məlumata görə, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərinə seçilmiş agent banklar tərəfindən 5 gün ərzində 12 mln. manatdan artıq kompensasiya ödənilib.

Xatırladırıq ki, bu bankın qorunan əmanətçilərinə cəmi ödənilməli kompensasiya məbləği 24,2 mln. manatdır.

Qeyd edək  ki, Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən  başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC və “Rabitə Bank” ASC seçilib.

Son xəbərlər
Digər xəbərlər