10 C
Baku
Wednesday, December 11, 2024

Bank sektorundakı problemlər səbəbindən iqtisadiyyata kredit qoyuluşları azalacaq

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi 2015-ci ilin dekabr ayı ərzində 2 973,7 mln. manat və ya 16,36% artaraq 2016-cı il yanvarın 1-nə 21 152 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi keçən ilin əvvəlinə nisbətən 3 134,6 mln. manat və ya 17,4% artıb.

Bu göstərici üzrə artım əsasən valyuta ilə verilən kreditlərin dekabrda baş verən devalvasiya nəticəsində manat ekvivalentində dəyərinin artması hesabına formalaşıb. “Report”un analitik qrupu hesab edir ki, hazırda bank sektorunda gedən proseslər fonunda iqtisadiyyata kredit qoyuluşlarının yaxın aylarda azalması proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər