10 C
Baku
Thursday, December 12, 2024

ECB Bolqarıstan və Rumıniyanı avro zonasına daxil etməyib

Bolqarıstan və Rumıniya avrozonaya daxil olmaq üçün zəruri olan iqtisadi meyarlara uyğunluğunu təsdiq edə bilməyib, bu barədə “Financial Times” yazıb.

Müvafiq qərarı Avropa Mərkəzi Bankı və Avropa Komissiyası açıqlayıb. Bildirilir ki, bu ölkələrdə inflyasiya blokun qalan hissəsi ilə müqayisədə çox yüksəkdir. Hakimiyyət həmçinin qeyd edib ki, Rumıniya və Bolqarıstanda korrupsiya və çirkli pulların yuyulması hələ də mövcuddur.

Nəşrə görə, Bolqarıstan Aİ tənzimləyicilərinin bütün şərtlərini yerinə yetirərsə, 2025-ci ilin əvvəlində avro zonasına qoşula bilər. Komissiyanın Avropa İttifaqına daxil olmayan altı ölkənin vahid valyuta zonasına qoşulmağa hazır olması ilə bağlı qiymətləndirməsinə əsasən, Bolqarıstan inflyasiyanın Aİ səviyyəsinə endirilməsi istisna olmaqla, bütün meyarları yerinə yetirib.

Belə ki, Bolqarıstanda inflyasiya may ayında başa çatan il üçün orta hesabla 5.1% təşkil edib ki, bu da digər Aİ üzvləri üçün hesablanmış maksimum 3.3%-lik həddi xeyli üstələyir.

Mayın 16-da Avropa Komissiyası cari il üçün avrozonanın ÜDM proqnozunu dəyişməz qoyub – gözləntilər 0.8% səviyyəsində qalıb.

Son xəbərlər
Digər xəbərlər