“Moody’s” reytinq agentliyi bu gün “Bank Respublika”nın Kredit ödəmə və tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqini b2 səviyyəsində təsdiq edilib.
Banker.az bunu agentliyin rəsmi internet səhifəsinə istinadla xəbər verir.
Agentlik, bankın uzunmüddətli bank depozit reytinqlərini B2 səviyyəsindən B1-ə yüksəltdib. Bununla da uzunmüddətli depozit reytinqləri üzrə “B1” proqnozunu “sabit”dən “müsbətə” dəyişdirilib.
Agentliyin press-relizində qeyd edilir ki, bankın uzunmüddətli depozit reytinqlərinin B2-dən B1-ə yüksəldilməsi dövlət dəstəyinin “aşağı”dan “orta”ya yüksəlməsi ehtimalının yenidən qiymətləndirilməsimizi əks etdirir.
Əlavə edilir ki, “Bank Respublika” 2024-cü ilin may ayının sonuna 4.4% bazar payla aktivlərinə görə ölkənin beşinci ən böyük bankıdır.
2024-cü ilin may ayına olan məlumata görə, 4,4% bazar payı ilə Azərbaycanın beşinci ən böyük bankı olan “Bank Respublika” sabit bazar göstəriciləri və ölkənin bu sektoru üçün sistem əhəmiyyətli bank hesab edir. Bankın mümkün maliyyə gərginliyi zamanı hökumət sistem əhəmiyyətliyini nəzərə alaraq ona maliyyə dəstəyi verir. Sistem əhəmiyyətli banka çevrilməsi onun əmanətçiləri üçün əhəmiyyətini artdığı bildirilir və bu dəstək bankın uzunmüddətli depozit reytinqlərinin b2 BCA səviyyəsindən bir pillə yüksəlməsinə səbəb olub.
“Bank Respublika”nın b2 kredit ödəməsi (BCA) 2023-cü ilin sonuna cəmi 1.4% problemli kreditlər, geniş likvidlik və son illərdə nümayiş etdirilən sabit gəlirlilik, geniş, 7%-dən yuxarı faiz marjası ilə dəstəklənən möhkəm aktiv keyfiyyəti ilə dəstəklənindiyi bildirilib.
“Bu güclü tərəflər yüksək biznes artımı (TCE/RWA 2023-cü ilin sonunda 8.3% təşkil edib) və əsas iri əmanətçilərdən yüksək asılılıq fonunda zəif kapital mövqeyinə qarşı balanslaşdırılmışdır”.