16 C
Baku
Friday, October 18, 2024

Çində iqtisadi artım tempi 5%-dən aşağı olub – Bu, proqnozlardan aşağıdır

Yanvar-iyun aylarında Çin iqtisadiyyatının artım tempi 5%-ə çatıb.

Bu barədə Çinin Dövlət Statistika İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, altı ayda Çinin ÜDM-i 61.68 trilyon yuanı (indiki məzənnə ilə təxminən 8.64 trilyon dollar) ötüb.

Kənd təsərrüfatı sektorunun dinamikası 3.5% (3.06 trilyon yuan və ya 429 milyard dollar), sənaye və xidmətlər sektorunda isə müvafiq olaraq 5.8% (23.65 trilyon yuan və ya 3.31 trilyon dollar) və 4.6% (34.96 trilyon yuan və ya 4.9 trilyon dollar) təşkil edib.

İkinci rübdə ölkədə ÜDM-in artım tempi 4.7 faiz olduğu halda, yanvar-mart aylarında bu göstərici 5.3 faizə çatıb. Çin Dövlət Şurasının məlumatına görə, ölkənin dünya iqtisadiyyatının artım tempinə töhfəsi təxminən 30% təşkil edir.

Yanvar-iyun aylarında Çin hakimiyyəti ölkədə adambaşına düşən nominal gəlirin illik 5.4% artaraq 20 733 yuana (cari məzənnə ilə 2 907 ABŞ dolları) qədər artdığını qeyd edib.

Qiymət amili nəzərə alınmaqla dinamika 5.3% təşkil edib. Belə çıxır ki, kənd yerlərində Çin sakinlərinin gəlirləri qeyd olunan dövrdə 6.8% (11 272 yuana və ya 1 580 ABŞ dolları), şəhər sakinlərinin gəlirləri isə 4.6% (27 561 yuana və ya 3 864 dollar) artıb.

Son xəbərlər
Digər xəbərlər