6 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verdi

Mərkəzi Bankın İdarə Heyətinin 08 iyul 2024-cü il tarixli Qərarı ilə “Mobile Payment Solutions” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verilib.

Banker.az-a bu barədə AMB-dən məlumat daxil olub.

Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir. Qeyd edək ki, ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Bununla da şirkətlərin sayı 5-ə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər