6 C
Baku
Sunday, December 15, 2024

ABB kredit portfelini ilin ilk yarısında 15% artırıb

2024-cü ilin ilk yarısının sonuna ABB-nin (“Azərbaycan Beynəlxalq Bankı” ASC) müştərilərə verdiyi kreditlərin ümumi həcmi 5 mlrd. 807.9 mln. manat olub.

Banker.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu da cari ilin əvvəli ilə müqayisədə 15% artım deməkdir.  2023-cü ilin sonunda müştərilərə verilmiş kreditlərin həcmi 5 mln. 48.8 mln. manat təşkil etmişdi.

Bank 2024-cü ilin ilk yarısında 468 minə yaxın kredit müqaviləsi bağlamış olub.

ABB hesabat müddəti ərzində istehlak kreditlərini 20%, biznes kreditləri 14% və ipoteka kreditləri isə 11% artıb.

Kreditin bölgüsü 30.06.2024 31.12.2023 Dəyişiklik (%)
İstehlak 1,646.4 mln. manat 1,370.1 mln. manat 20.2% artım
Biznes 2,862.5 mln. manat 2,504.6 mln. manat 14.3% artım
İpoteka 1,298.9 mln. manat 1,174.0 mln. manat 10.6% artım

Bank cari ilin ilk 6 ayı ərzində müştərilərə verdiyi kreditlərdən 309.56 milyon manatlıq faiz gəliri əldə edib, bu 2023-cü ilin müvafiq dövründəki 212.64 mln. manatdan 46% yuxarı göstəricidir.

Bankın kreditlərinin yalnız 221.71 mln. manatı və ya 3.81 faiz hissəsi vaxtı keçmiş sayılır.

Bankın kreditlərinin 4.4 mlrd. Manatı millli valyutada, 943.16 mln. manat ekvivalenti (və ya 554.8 dolları) həcmi ABŞ dollarındadır.

Son xəbərlər
Digər xəbərlər