Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin xəttilə büdcə daxilolmaları 3 milyard 252,2 milyon manat olub.
Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.
Hesabat dövründə gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları ümumi daxilolmaların 17,3 %-ni, dövlət büdcəsinin qeyri-neft/qaz sektoru üzrə daxilolmalarının isə 32,4 %-ni təşkil edib.