17 C
Baku
Friday, October 18, 2024

Almaniya Ukraynaya verdiyi hərbi yardımı 2 dəfə azaldacaq

2025-ci ildə Almaniya Ukraynaya verdiyi hərbi yardımın həcmini iki dəfə azaldacaq.

Bu barədə “Reuters” agentliyi federativ respublikanın 2025-ci il dövlət büdcəsi layihəsinə istinadən yazıb.

Layihəyə əsasən, Almaniya cari ildə 8 milyard əvəzinə növbəti maliyyə ilində Ukraynaya 4 milyard avro məbləğində hərbi yardım edəcək.

Berlin ümid edir ki, Ukrayna 2025-ci ildə hərbi xərclərini Aİ-nin formalaşdırdığı və əsasən Rusiyanın ələ keçirdiyi xarici aktivlər hesabına 50 milyard avro civarında cəlb etməsi planlaşdırılan fond vasitəsilə ödəyə biləcək.

Son xəbərlər
Digər xəbərlər