11 C
Baku
Monday, November 18, 2024

PAŞA Sığorta “Bir al, iki sığortalan” adlı yeni kampaniyasına start verir!

®Kampaniyaları ilə hər zaman müştərilərini məmnun edən PAŞA Sığorta bu dəfə tam fərqli və yeni “Bir al, iki sığortalan” adlı kampaniyaya start verir. 

16 iyul – 16 avqust tarixlərini əhatə edən bu kampaniya çərçivəsində müştərilər avtomobilləri üçün Tam KASKO üzrə hesablanmış sığorta haqqını ödəyərək həm avtomobilini, həm də sağlamlığını sığortalamış olacaq. Yəni, avtomobilin sığorta haqqına uyğun olaraq müştərilər “Kompakt” sağlamlıq sığortası məhsulunun “Alfa”, “Beta” və “Qamma” paketlərindən birini əldə etmiş olacaqdır.  

Qeyd edək ki, könüllü sağlamlıq sığorta məhsulu əldə edən müştərilər qabaqcıl özəl klinikalarda və tibbi müəssisələrdə təcili vaksinasiya, fizioterapiya, müalicəvi masaj, stomoloji yardım kimi xüsusi təminatlar və digər tibbi xidmətlərdən yararlana bilərlər

Kampaniya şərtləri barədə ətraflı məlumat üçün cutt.ly/kampaniya-sertleri linkinə keçid edə bilərsiniz.

Tam KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya cutt.ly/kampaniyaya-muraciet-et keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar dəyərini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance ) və ya Instagram səhifələrinə göndərərək KASKO sığorta üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindən biridir.

Son xəbərlər
Digər xəbərlər