9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda qəbul edilən yeni dövlət standartlarının sayı 2 dəfə artıb

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu 69 yeni dövlət standartı qəbul edib.

Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sölərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

“Yeni standartların qəbulu mal və xidmətlər üzrə təhlükəsizlik və etibarlılığı təmin etməklə keyfiyyət göstəricilərinin artmasına, sahibkarlığın stimullaşdırılmasına və istehlakçı inamının qazanılmasına xidmət edir”, – M.Abbasbəyli əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər