7 C
Baku
Thursday, December 12, 2024

Gürcü şərabının qiyməti qalxır

Dünyada gürcü şərabının qiyməti qalxır.

Bunu Gürcüstanın Milli Şərab Agentliyinin sədr müavini David Tkemaladze bildirib.

“Dünyada gürcü şərabının orta qiyməti 0,40 dollar artıb, bu, çox böyük addım və uğurdur. Bu, bizim siyasətimizin bir hissəsidir, çalışırıq ki, gürcü şərabı kateqoriya kimi öz yerini tutsun. Gürcü şərabının miqdarı və adı məhsulun kütləvi istehsalına deyil, xüsusi olmasına imkan yaradır”, – o qeyd edib.

2024-cü ilin birinci yarısında Gürcüstan dünyanın 61 ölkəsinə 156,7 milyon dollar dəyərində 54,5 milyon litr şərab satıb. Məlumata görə, artıq uzun illərdir ki, Rusiya Gürcüstan şərabının əsas ixracatçısı olaraq qalır və bütün ixracın 79%-ni təşkil edir.

Son xəbərlər
Digər xəbərlər