11 C
Baku
Monday, November 25, 2024

Böyük Britaniya dünyanın 10 ən böyük istehsalçısı reytinqindən çıxıb

Böyük Britaniya qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda ilk dəfə olaraq dünyanın ən böyük istehsalçıları reytinqindən çıxıb, “The Times” yazır.

Nəşrin məlumatına görə, Böyük Britaniya 2022-ci il üçün sonuncu reytinqdə 12-ci yerə enib. Bir il əvvəl ölkə səkkizinci yerdə idi. Rusiya və Meksika Böyük Britaniyanı keçərək müvafiq olaraq səkkizinci və yeddinci yerlərə yüksəliblər. “The Times” qeyd edir ki, bu, Rusiyada müdafiə istehsalının artması və Çinin Meksikaya investisiyaları ilə bağlıdır. İstehsalda lider mövqeləri Çin və ABŞ tutub.

“Make UK”in məlumatına görə, istehsal sektoru keçən il İngiltərə iqtisadiyyatını 217 milyard funt sterlinq (278 milyard dollar) dəyərində mallarla təmin edib. Ölkənin əsas ixrac istiqamətləri ABŞ, Almaniya və Hollandiyadır.

“The Times” bildirir ki, Böyük Britaniyanın istehsal sektoru ölkənin əvvəlki hökumətini bu sahədə ardıcıl olmayan siyasətə görə tənqid edib. İyulda o da məlum olub ki, avrozonanın istehsal sektorunda işgüzar aktivlik indeksi 45.6 bənd təşkil edərək yeddi aylıq minimuma düşüb. Bəzi digər ölkələrdə də azalma müşahidə olunur – iyulda Almaniyada işgüzar aktivlik 42.6 bənd təşkil edib ki, bu da üç aylıq minimum göstəricidir.

Son xəbərlər
Digər xəbərlər