13 C
Baku
Sunday, October 20, 2024

Hollandiyanın sağçı partiyasının lideri Türkiyənin NATO-dan çıxarılmasını tələb edib

Hollandiyanın sağçı Azadlıq Partiyasının lideri Qert Vilders Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın türk qoşunlarının İsrail ərazisinə daxil olması ilə bağlı açıqlamalarından sonra Türkiyənin NATO-dan çıxarılmasını tələb edib.

Bir gün əvvəl, iyulun 28-də Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Liviya və Qarabağa girdiyi kimi” İsrailə də girə biləcəyini söyləyib. Onun sözlərinə görə, Türkiyənin bunu etməməsi üçün heç bir səbəb yoxdur. Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə prezidentini İraqın keçmiş prezidenti Səddam Hüseynlə müqayisə edərək, siyasətçinin onun izi ilə getdiyini deyib.

İyulun 27-də İsrailin nəzarətində olan Holan yüksəkliyinin bir hissəsi Livan ərazisindən kütləvi atəşə məruz qalıb. İsrail ordusunun məlumatına görə, mərmilərdən biri uşaqların olduğu futbol meydançasına düşüb. Nəticədə, Holan yüksəkliyində 10-20 yaş arası 12 nəfər həlak olub, onlarla insan yaralanıb. İsrail zərbələrin Hizbullah tərəfindən İran raketlərindən istifadə edərək həyata keçirildiyini bildirir. Hərəkat hücumlarda iştirakını rədd edir.

Son xəbərlər
Digər xəbərlər