®Əmanətlərin Sığortalanması Fonduna 29 avqust 2008-ci il tarixdə üzv olan “Naxçıvanbank” ASC “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilmişdir.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilmişdir.
Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
Reyestrə daxil olma tarixi | Bankın adı | |
1 | 30.07.07 | “XALQ”Bankı ASC |
2 | 30.07.07 | “Azərbaycan Beynəlxalq Bankı”ASC |
3 | 30.07.07 | “ACCESSBANK” QSC |
4 | 30.07.07 | Melli İran Bankı Bakı filialı |
5 | 30.07.07 | “Azər-Türk Bank” ASC |
6 | 30.07.07 | “Bank of Baku” ASC |
7 | 30.07.07 | “Bank Respublika” ASC |
8 | 30.07.07 | “Kapital Bank” ASC |
9 | 30.07.07 | “YELO BANK” ASC |
10 | 30.07.07 | “Rabitəbank” ASC |
11 | 30.07.07 | “TURANBANK” ASC |
12 | 30.07.07 | “UNİBANK” KB ASC |
13 | 30.07.07 | Yapı Kredi Bank Azərbaycan QSC |
14 | 07.08.07 | “Expressbank”ASC |
15 | 10.09.07 | “Azərbaycan Sənaye Bankı” ASC |
16 | 04.12.07 | “Bank Avrasiya” ASC |
17 | 04.12.07 | “Paşa Bank” ASC |
18 | 16.01.09 | “AFB BANK”ASC |
19 | 26.02.09 | BANK VTB (AZƏRBAYCAN) ASC |
20 | 28.04.09 | PREMIUM BANK ASC |
21 | 15.04.10 | Bank “BTB” ASC |
22 | 15.05.15 | “Ziraat Bank Azərbaycan” ASC |