Ukrayna yaxın vaxtlarda ABŞ-dən əlavə 3,9 milyard dollar vəsait alacaq.
Bu barədə adıçəkilən ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əldə olunacaq növbəti tranş müəllimlər də daxil olmaqla dövlət strukturlarının, o cümlədən Fövqəladə Hallar Xidmətinin əməkdaşlarına maaşların ödənilməsi, eləcə də məcburi köçkün ailələrinə və əlilliyi olan şəxslərə birdəfəlik yardımların verilməsinə sərf olunacaq.
Qeyd edək ki, indiyədək rəsmi Vaşinqtonun cari ildə Ukraynaya ayıracağı məbləğin 7,8 milyard dollar təşkil etməsi planlaşdırılırdı.