13 C
Baku
Friday, November 22, 2024

Venesuela neft və qaz hasilatı hüququnu BRİKS ölkələrinə verə bilər

Venesuela öz ərazisindəki neft və qaz yataqlarının işlənməsi hüquqlarını BRİKS ölkələrinə verə bilər.

Bunu Venesuela lideri Nikolas Maduro mətbuat konfransında TASS müxbirinin sualını cavablandırarkən deyib.

“Əgər şimaldakı insanlar və onların dünyadakı tərəfdaşları öz həyatlarının səhvini etsələr, o zaman artıq imzalanmış bütün neft və qaz sahələrinin işlənməsi icazəsi BRİKS üzrə müttəfiqlərimizə veriləcək. Bu çox sadədir, çünki heç kim Venesuelanı saxlaya bilməz”, – deyə Venesuela lideri bildirib.

Onun sözlərinə görə, BRİKS milli istehsalçılar üçün nəhəng bazardır və Venesuela iqtisadiyyatın ixrac modelini inkişaf etdirməyə çalışarkən onu hədəfləyir.

O həmçinin hazırda neft-qaz sektoruna ən böyük sərmayələrn BRİKS-dən gəldiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər