ABŞ və İsrail İranın hücumunun bazar ertəsi olacağını gözləyir

İran İsraili avqustun 5-i, bazar ertəsi vura bilər.

Bu barədə “Axios” portalı ABŞ və İsrail rəsmilərinə istinadən xəbər verib.

“Üç ABŞ və İsrail rəsmisi bildiriblər ki, onlar İranın bazar ertəsi İsrailə hücum edəcəyini gözləyirlər”, – deyə nəşr bildirib.

Bundan əvvəl “Sky News Arabia” telekanalı Qərb kəşfiyyat məlumatlarına istinadən İranın Tişa BeAv, yəni yəhudilərin matəm günü İsrailə hücum planlaşdırdığı xəbərini yaymışdı.

Mənbəapa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər