11 C
Baku
Thursday, November 14, 2024

ABB səhmlərinə 20 000-dən çox sifariş yerləşdirilib – İdarə Heyətinin sədri maraqlı faktlar açıqladı

ABB-nin səhmlərinə abunə yazılışının başlanmasından ötən 55 gün ərzində ABB səhmlərinə 15 000-dən çox investor tərəfindən 20 000-dən artıq sifariş yerləşdirilib. Təkcə son həftə ərzində 4 minə yaxın yeni investor cəlb edilib. Bu, rekord göstəricidir.

Banker.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov özünün sosial media hesablarında yazıb. Onun açıqlamasına görə, ABB-nin potensial səhmdarlarının 25%-i gənclərdir. “Gənclərimizin ABB-yə inamı bizim üçün çox dəyərlidir” – İdarə Heyətinin sədri qeyd edib.

Abbas İbrahimov sifarişlərin 85%-dən çox hissəsinin məhz rəqəmsal kanallarda yerləşdirildiyini xüsusi vurğulayıb və “Kapital bazarlarının rəqəmsallaşdırılmasında pionerlik etmək ayrı bir fəxr hissidir” – deyə bildirib.

İdarə Heyəti sədrinin verdiyi məlumata görə, səhmlərə abunə yazılışının 34%-i regionların payına düşür. Ölkə miqyasında maliyyə maarifləndirilməsinin nəticələr verməsi baxımından bu, sevindirici göstəricidir.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər