2024-cü ilin iyul ayında hava limanı 6,171 uçuşda 815 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 23% çoxdur. Bu dövrdə bu rəqəm 663 min nəfər təşkil etmişdir.
Banker.az xəbər verir ki, beynəlxalq marşrutlarda daşınan sərnişinlərin 52% xarici aviaşirkətlərin, qalanı milli aviadaşıyıcının payına düşüb.
Tranzit sərnişinlərin sayında da əhəmiyyətli artım müşahidə olunub – 2023-cü ilin iyul ayı ilə müqayisədə təxminən üç dəfə artaraq 36 min nəfər təşkil edib.
Ümumilikdə, 2024-cü ilin 7 ayı ərzində Bakı hava liman 4,204 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2% çoxdur.