2024-cü ilin ilk yeddi ayında ÇXR və ABŞ arasında ticarət dövriyyəsi illik müqayisədə 1.4 faiz artaraq 383.15 milyard dollara çatıb.
Bu rəqəmləri Çin Xalq Respublikasının baş gömrük idarəsi açıqlayıb. Məlumata görə, yanvar-iyul aylarında Çindən ABŞ-a ixrac illik ifadədə 2.4 faiz artaraq 286.89 milyard dollar olub. Birləşmiş Ştatlardan isə Çinə 1.4 faiz az – 96.25 milyard dollar dəyərində mal idxal edilib.
2023-cü ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi illik ifadədə 11.6 azalaraq 664.45 milyard dollar təşkil edib. Birləşmiş Ştatlar ASEAN və Avropa İttifaqından sonra Çinin üçüncü ən böyük ticarət tərəfdaşı olaraq qalır.
Bu ilin ilk yeddi ayında Çin və Rusiya arasında ticarət dövriyyəsi isə ötən ilin müvafiq dövrünə nisbətən 1.6 faiz artaraq 136.67 milyard dollara çatıb.