13 C
Baku
Friday, November 22, 2024

Çində inflyasiya 0.5%-dək sürətlənib

Çin Milli Statistika İdarəsinin hesabatına görə, Çində istehlak qiymətləri (CPI) iyul ayında illik müqayisədə 0.5% artıb, Banker.az bu barədə Interfax-a istinadən xəbər verir.

“Trading Economics”in məlumatına görə, analitiklər orta hesabla qiymətlərin 0.3% artacağını gözləyirdilər.

İyun ayında inflyasiya 0.2% təşkil edib.

Ötən ay Çində ərzağın qiyməti illik ifadədə dəyişməz qalıb, qeyri-ərzaq inflyasiyası 0.7% təşkil edib. Geyimin qiymətləri 1.5%, kommunal xidmətlərin qiymətləri 0.1%, tibb xidmətlərinin qiymətləri 1.4%, təhsil xidmətlərinin qiymətləri isə 1.7% artıb, nəqliyyatın qiymətləri 0.6% ucuzlaşıb.

Ərzaq və enerji xərcləri nəzərə alınmadan istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 0.4% artıb.

Dövlət Statistika Xidmətinin məlumatına görə, Çində istehsalçı qiymətləri (PPI indeksi) ötən ay əvvəlki ilə nisbətən 0.8% azalıb. İyun ayı ilə müqayisədə PPI indeksi 0.2% düşüb.

Son xəbərlər
Digər xəbərlər