13 C
Baku
Saturday, November 23, 2024

İsveç işsizlik səviyyəsinə görə Aİ-də dördüncü yerdədir

Pandemiya dövründəki vəziyyət nəzərə alınmazsa, İsveçdə işsizlik son on ilin ən yüksək səviyyəsinə çatıb. Hökumət bu tendensiyanın daha da artacağına inanır.

İsveç cari ilin ikinci rübündə 8,3 faiz təşkil edən işsizlik səviyyəsinə görə Aİ-də dördüncü yerdədir.

İqtisadiyyat İnstitutunun məlumatına əsasən, 2025-ci ilin yayına qədər Riksbankın faiz dərəcələrini 6 faiz endirməsi gözlənilir. Bu, əsas faiz dərəcəsinin 2,25 faiz olacağı deməkdir.

İsveçin əmək bazarı və inteqrasiya naziri Yohan Person deyib: “Ölkəyə mühacirət etmiş İsveç vətəndaşları arasında işsizlik yerli əhali ilə müqayisədə demək olar ki, üç dəfə çoxdur”.

Əcnəbilər arasında işsizlik də cari ilin ikinci rübündə 16,2 faizdən 16,9 faizə yüksəlib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər